Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Gürcüstanın Poti şəhərində 1989-cu il təvəllüdlü Ermənistan vətəndaşı saxlanılıb.
Qaynarinfo xəbər verir ki, o Gürcüstan vətəndaşını bıçaqlamaqda şübhəli bilinir.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, şifahi mübahisə zamanı Ermənistan vətandaşı 1976-cı il təvəllüdlü Gürcüstan vətəndaşını bıçaqla yaralayıb və hadisə yerindən qaçıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi üzrə iş açılıb. Bu maddə üzrə həmin şəxsi 7 ilədək həbs cəzası gözləyir.
Qafqaz