Ermənistan vətəndaşı sərhəddə minaya düşdü

26.04.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın Noyemberyan rayonunun Berdavan kənd sərhəd zonasında bir nəfər erməni piyada əleyhinə minaya düşüb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, hadisə aprelin 24-də baş verib. Belə ki, 1991-ci il təvəllüdlü Haykaz Melkumyan piyada əleyhinə minanın partlaması nəticəsində yaralanıb. O, təcili yardım maşını ilə İrəvanın Erebuni Tibb Mərkəzinə aparılıb. Orada H.Melkumyanın sağ ayağı dizdən aşağı amputasiya edilib.

Qeyd edək ki, dünən də Sünik vilayətində erməni hərbçi minaya düşmüşdü. 

Ağarza Elçinoğlu


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью