Ermənistan viza möhürlərindən Ağrı dağının təsvirini çıxaracaq

14.09.2025

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Ermənistan hökuməti ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirini çıxarır.

AZXEBER.COM xəbər verir ki, bu barədə qərar sentyabrın 11-də Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Yeni nümunə möhürlər artıq təsdiqlənib və qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.

///APA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью