Ermənistan Xankəndidə ölən erməni sakinin cənazəsini qəbul etməyib Rəsmi | Icma.az
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xankəndi şəhərinin erməniəsilli sakinlərindən birinin xəstəlikdən vəfat etməsi barədə məlumat vermişdik.
“Qafqazinfo” xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 20 oktyabrda vəfat edən 1954-cü il təvəllüdlü Ağasyan Vera Varaşakovnanın cənazəsinin Ermənistan tərəfindən qəbul edilmədiyini açıqlayıb.
Bildirilib ki, V.Ağasyan 20.10.2024-cü ildə, səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib: “Bu barədə 23.10.2024-cü il tarixdə Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsi tərəfindən mətbuata açıqlama verilib, ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertizanın təyin olunduğu, keçirilən məhkəmə-tibbi ekspertizanın məlumatlarına görə, 70 yaşlı qadının ölümünə bilavasitə səbəb ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığının olduğu bildirilib.
Həmçinin qeyd olunub ki, V.Ağasyan Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsi ilə təmin edilib və ona lazımi sosial müdafiə dəstəyi göstərilib.
V.Ağasyanın vəfat etməsi ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən elə həmin gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi məlumatlandırılmış, bu barədə Ermənistanın aidiyyəti dövlət qurumlarının və V.Ağasyanın ailə üzvlərinin məlumatlandırılması xahiş edilib.
Sonrakı prosesdə Ermənistanda dəfn edilməsi ilə bağlı övladlarının istəyi nəzərə alınaraq, meyitin qarşı tərəfə təhvil verilməsi üçün Dövlət Komissiyası tərəfindən BQXK-ya rəsmi müraciət edilib.
Humanitar prosesin həyata keçirilməsi üçün Azərbaycan tərəfindən zəruri hazırlıq tədbirləri görülüb, ölüm haqqında tibbi şəhadətnamə və ölüm haqqında şəhadətnamə alınıb, sənədlər notarial qaydada ingilis dilinə tərcümə edilərək (Apostil verilib) təsdiq edilib.
Tam oxu
Xəbəri oxu