Ermənistan XİN 37 il əvvəl qətl edilən 26 ermənini şişirtdi:Yüzlərlə... | Icma.az
Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xatırladaq ki, Sumqayıtda yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar 1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində iğtişaşlar törətdilər.
Nəticədə 32 nəfər öldü. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı oldu.
Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərlə birgə həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi.Bəli, həmin hadisənin baş verməsində Sumqayıtda yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.
Sumqayıtda öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi.Zərərçəkmiş Sumqayıt sakini L.Meclumyan bildirirdi ki, “Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı”.Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirmişdi ki, “Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxarmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü”.İstintaq materiallarında göstərilir ki, E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olub, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salıb.E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürüb, 8 erməni qadınını zorlayıb.
Bununla bağlı faktlar çoxdur. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan qurtara bildilər.
Məhkəmə azərbaycanlı Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal yerinə yetirildi.
E.Qriqoryana isə yalnız 12 il iş verildi və bir neçə ildən sonra azadlığa buraxıldı.Bütün bu faktlara baxmayaraq, Ermənistan höküməti yenidən həddini aşdı.Adalet.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi 37 il əvvəl baş vermiş həmin olaylarla bağlı bəyanat yayıb:"1988-ci il fevralın 27-dən 29-dək Azərbaycanın Sumqayıt şəhərində törədilmiş silsilə cinayətlər həmin ölkədə açıq-aşkar dövlət himayədarlığı və göstərişi ilə ermənilərə qarşı genişmiqyaslı qırğınların başlanğıcını qoyub, onilliklər boyu davam edən zülm və təqibləri açıq və kütləvi zorakılığa çevirib.
Tam oxu
Xəbəri oxu