Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. O, bir neçə gün öncə erməni diplomatları təhqir edib.
"Sputnik Armeniya" məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) sorğu ünvanlasa da, XİN baş nazirin həyat yoldaşının diplomatlar barədə təhqiramiz ifadələrinə şərh verməkdən imtina edib.
Nazir Akopyanın dəbdəbəli maşını ilə bağlı sualdan yayındı Bir neçə gün öncə Akopyan sosial şəbəkələrdə erməni diplomatlarını böyük komplekslərə malik insanlar adlandırıb.
Paşinyanın həyat yoldaşı ölkəsini təmsil edən diplomatları “özünə əmin olmayan, həmişə çaşqın vəziyyətdə hərəkət edən, aydın ideyası, konsepsiyası olmayan” kimi təsvir edib.
Bundan öncə Ermənistanın maliyyə naziri Vahe Hovanisyan da jurnalistlərin Akopyanla bağlı sualları qarşısında aciz qalmışdı.
Jurnalistlərdən biri Parlamentdə ona "baş nazirin həyat yoldaşı hansı səbəbdən 134 min dollar dəyərində "Lexus LX 500" avtomobilində gəzir?
Buna nə üçün ehtiyac duyulub?" soruşub. Nazir sualları cavablandırmaqda çətinlik çəkib.
Tural Tağıyev AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.