Ermənistan XİN başçısı vəzifəsini tərk edən ABŞ Dövlət katibi ilə görüşəcək

13.01.2025

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona səfər edəcək və ABŞ-nin Dövlət katibi vəzifəsini tərk edən Entoni Blinkenlə görüşəcək.

Missiya.Az Report-a istinadən xəbər verir ki, Mirzoyanın ABŞ-yə səfəri yanvarın 14-də baş tutacaq.

Qeyd edək ki, daha əvvəl Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-də həmkarı Lloyd Ostinlə görüşüb və onunla vidalaşıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью