Ermənistan XİN həmin xəbəri təkzib etdi

11.02.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsinin yaxın vaxtlarda açılacağı ilə bağlı məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı xəbərləri şərh edib.

Nazirliyin mətbuat katibi Ani Badalyan “Armenpress”ə bildirib ki, hazırda Ermənistan və Türkiyə arasında sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı heç bir irəliləyiş yoxdur.

“Bununla bağlı hər hansı bir yenilik olarsa olarsa, biz bu barədə məlumat verəcəyik”, - deyə Badalyan qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью