Ermənistan XİN Mirzoyanın Antalya Diplomatik Forumunda iştirakını təsdiqləyib

09.04.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistan Xarici İşlər Nazirliyi Ararat Mirzoyanın 4-cü Antalya Diplomatik Forumunda iştirakını təsdiqləyib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Ani Badalyan bildirib.

O, nazirin 11-12 aprel tarixlərində forumda iştirak edəcəyini dəqiqləşdirib.

İşgüzar səfər çərçivəsində ikitərəfli görüşlərin də planlaşdırıldığını da əlavə edib.

KİV-in məlumatına görə, iştirakçıların siyahısında Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın da adı var.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью