Ermənistan XİN rəhbəri tarixi saxtalaşdırır | Icma.az
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yanvarın 8-də mətbuat konfransında Qər
Bunu Azərbaycanın XİN-in mətbuat katibi Ayxan Hacızadə Ararat Mirzoyanın səsləndirdiyi fikirlərə dair şərhində bildirib.
Ayxan Hacızadə qeyd edib ki, ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır.
Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2 mindən çox toponimin adları dəyişdirilib.
Yalnız 1948–1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub.
Bununla yanaşı, 1987–1991-ci illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 250 mindən artıq azərbaycanlı Ermənistandan qovulub.
Bütün bunları sübut edən tarixi və hüquqi sənədlər mövcuddur.
Azərbaycan XİN rəsmisinin sözlərinə görə, sonuncu deportasiya zamanı guya azərbaycanlılara qarşı kompensasiya ödənildiyi, onların könüllü şəkildə əraziləri tərk etdikləri barədə Ermənistan xarici işlər nazirinin iddiaları da tamamilə əsassızdır.
Tam oxu
Xəbəri oxu