Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanda yeni atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı qərar bütün suallara aydınlıq gətirildikdən sonra veriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.
O, avqustun 8-də imzalanmış Ermənistan–ABŞ razılaşmaları fonunda səsləndirilən müxtəlif ekspert rəylərinə münasibət bildirərək qeyd edib ki, hökumət müvafiq ixtisas və peşəkar nüfuza malik bütün mütəxəssislərin fikirlərini nəzərə alır.
Paşinyanın sözlərinə görə, hazırda nüvə reaktorlarının hazırlanması ilə məşğul olan bütün potensial tərəfdaşlarla, ABŞ, Fransa, Rusiya, Cənubi Koreya və Çinlə müzakirələr aparılır.
“Yeni stansiya üçün texnologiya təminatçısının seçilməsi ilə bağlı yekun qərarlar bütün əsas suallara dolğun və etibarlı cavablar alındıqdan sonra qəbul ediləcək”, – deyə Ermənistanın baş naziri vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az