Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Ermənistanda hərbi quruculuq siyasətinə ciddi məhdudiyyətlər qoyulmalıdır.
Ermənistanın konstitusiyasında Azərbaycan ərazisinə iddialar saxlanılır və Fransa, Hindistan kimi dövlət tərəfindən müasir hücum silahları ilə ciddi şəkildə təchiz edilməkdədir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.
“Üstəlik, Ermənistanın vaxtilə Xankəndidə yaratdığı separatçı və işğalçı xunta institutları İrəvanda hələ də fəaliyyətini davam etdirirlər.
Dekabrın 10-da isə “artsax parlamenti” BMT və BMT-yə üzv dövlətlərə çağırış edib.
Sadə dillə desək, Samvel Şahramanyanın keçmiş xuntanın buraxılması haqqında fərmanı kağız üzərində qalıb – Ermənistan tərəfi bunu həyata keçirmək niyyətində deyil və işğalçı rejimin strukturlarını işlək vəziyyətdə saxlayır.
Belə olan təqdirdə istisna etmirəm ki, 2025-ci ilin danışıqlar prosesində Azərbaycanın tələbləri siyahısına daha bir bölmə əlavə ediləcək.