Ermənistan yenidən ATƏŞ AÇDI

16.03.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Martın 16-sı saat 18:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistan ordusu Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью