525.az saytına istinadən Icma.az xəbər verir.
“Ermənistan Respublikası “Zapad-2025” təlimlərində iştirak etmir.
525.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Aram Torosyan bildirib.
Belarus və Rusiya tərəfindən keçirilən “Zapad-2025” təlimlərinin koalisiya qrupunun tərkibində KTMT, ŞƏT və digər tərəfdaş dövlətlərin hərbi birləşmələri təlimlərə cəlb olunub.
Xatırladaq ki, Ermənistan KTMT üzvlüyünü dondurub.
Pərvanə Sultanova