Ermənistan Zəngəzur dəhlizini ABŞ a icarəyə verməkdən imtina edib

24.07.2025

Icma.az, Azpost saytına istinadən bildirir.

Ermənistan “Zəngəzur dəhlizini”  ABŞ-a icarəyə verməkdən imtina edib. 

AzPost bildirir ki, bu bəyanatla Ermənistanın hakim “Vətəndaş Sazişi” partiyasından olan deputatı Arman Eqoyan “Faktor” TV-yə müsahibəsində çıxış edib.

O bildirib ki, İrəvan ABŞ-dan bununla bağlı təklif alıb: “Yolun icarəyə verilməsi ideyası Amerika tərəfi tərəfindən irəli sürülüb. Lakin Ermənistan bu formatı qəbuledilməz hesab edib”.

“Biz burada riski funksiyalarda deyil, icarədə gördük. Bu, suverenlik məsələlərində güzəştlərə gətirib çıxara bilər. Bu variant bizim üçün qəbuledilməz idi”, – o qeyd edib.

Deputatın sözlərinə görə, tərəflər arasında fikir mübadiləsi aparılıb, lakin Ermənistan tərəfinin bundan imtina etməsindən sonra müzakirəyə son qoyulub.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью