Ermənistan Zəngəzurda dəmir yolu tikməyə hazırdır bu şərtlə... | Icma.az
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvanın mövqeyini açıqlayıb.
Modern.az-ın məlumatına görə, o, Ermənistanın mövqeyinin birmənalı olduğunu və bu məsələdə yalnız qarşılıqlı suverenlik, ərazi bütövlüyü və yurisdiksiya prinsipləri çərçivəsində razılaşmalara açıq olduqlarını bildirib.
“Ermənistan Sünik vilayəti (Zəngəzur - red.) ilə Ermənistanın digər hissələri arasında, eləcə də üçüncü ölkələrdən və üçüncü ölkələrə Azərbaycanın ərazisindən keçməklə nəqliyyat əlaqələrinin bərpasına ümid edir.
Bunun müqabilində isə Ermənistan da Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında, həmçinin Azərbaycanla üçüncü ölkələr arasında tranzit əlaqələrinin öz ərazisindən keçməsinə hazırdır”, – deyə Bağdasaryan qeyd edib.
O vurğulayıb ki, bu keçidlər beynəlxalq standartlara uyğun gömrük və sərhəd nəzarəti ilə müşayiət olunmalıdır: “Ermənistana daxil olan yüklər və şəxslər, o cümlədən tranzit yüklər gömrük-sərhəd nəzarətindən keçməlidir.
Ermənistan kimin ərazisinə daxil olduğunu, nə zaman tərk etdiyini bilməlidir.
Əks halda, bu, qaçaqmalçılıq və qadağan olunmuş malların dövriyyəsi üçün açıq qapı ola bilər”.
Tam oxu
Xəbəri oxu