Ermənistana 976 ton buğda göndərildi KONKRET

03.07.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda daşıyan qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb.

KONKRET.az xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 976 ton olan buğda Böyük Kəsik istiqamətinə göndərilib.

Qatar Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 35 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью