Ermənistana benzin ixracı inflyasiyaya necə təsir göstərəcək?

03.02.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan jurnalistlərlə görüşündə bildirib ki, Azərbaycandan benzin idxalının Ermənistandakı qiymətlərə təsiri yanvar ayında inflyasiya rəqəmlərində öz əksini tapacaq.

“Amma düşünmürəm ki, bu, əhəmiyyətli olacaq”. 

“Cebheinfo.az”-ın məlumatrına görə, Mərkəzi Bankın sədri belə deyib. 

Qalstyan əlavə edib ki, sərhədlərin açılması və Ermənistanda mal və xidmətlərin idxal və ixrac şəklində sərbəst hərəkəti ölkəyə müsbət təsir göstərəcək.

“Amma hazırda bunun nə dərəcədə olacağını demək çətindir”-deyə Ermənistan rəsmisi bildirib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью