Ermənistana dəstəyi davam etdirəcəyik AB

01.06.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Birliyi Ermənistanla əməkdaşlığı və dəstəyi davam etdirməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anuar El-Anuni Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, AB Ermənistanın etibarlı tərəfdaşıdır və tərəfdaşlıq hazırda əvvəlkindən daha güclüdür:

“2026-cı ilin mayında ilk dəfə AB-Ermənistan sammiti keçirilib və bu görüşdə AB Ermənistanın demokratik inkişafına dəstəyini bir daha təsdiqləyib. AB Ermənistanın demokratik dayanıqlılığını, o cümlədən xarici informasiya təsirləri və hibrid təhdidlərə qarşı mübarizəsini dəstəkləyir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью