Ermənistana gələnlərin sayı çoxaldı

24.11.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

2026-cı ilin yanvar-oktyabr aylarında Ermənistanın iki hava limanında (Zvartnots və Şirak) sərnişin axını 5 milyon 553 min 207 nəfər təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd olunan dövrdə Zvartnots hava limanında sərnişin axını 5 milyon 421 min 236 nəfər (2 milyon 726 min 672 nəfər gəlib, 2 milyon 694 min 564 nəfər yola düşüb), Şirak hava limanında isə 131 min 971 vətəndaş (66 min 435 vətəndaş gəlib, 65 min 536 nəfər yola düşüb) təşkil edib.

Ümumilikdə, 2 milyon 793 min 107 nəfər gəlib, 2 milyon 760 min 100 nəfər isə gedib.

Məlum olur ki, 2026-cı ilin ilk 10 ayında gələnlərin sayı gedənlərin sayından 33.007 nəfər çox olub.

Qeyd etmək lazımdır ki, ötən ilin eyni dövründə gedənlərin sayı 17.101 nəfər daha çox olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью