Ermənistana göndəriləcək ABŞ hərbçiləri “harda qaldı”? | Icma.az
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. ABŞ Ermənistana heç bir qüvvə göndərmək niyyətində deyil.
Hazırda mütəxəssislərin göndərilməsi və texniki dəstək təmin edilməsi istiqamətində işlər aparılır.
Bu mütəxəssislərin əsas məqsədi Ermənistanın İran və Türkiyə ilə sərhədlərinin mühafizəsində lazımi tədbirlər görməsinə kömək etməkdir.
Hazırda bu sərhədlərin bir hissəsi rus sərhədçilər tərəfindən qorunur.
Lakin Ermənistan gələcəkdə bu məsuliyyəti öz üzərinə götürməyi planlaşdırır.
Bu sözləri Axar.az-a millət vəkili, politoloq Rasim Musabəyov 14 yanvarda keçmiş dövlət katibi Entoni Blinkenin ABŞ sərhədçilərinin yaxın bir həftə müddətində Ermənistana göndəriləcəyini vəd etsə də, sözügedən “heyət”in İrəvana hələ də gəlmədiyi barədə danışarkən deyib.
Millət vəkilinin sözlərinə görə, ABŞ Ermənistan hökumətinə sərhədi qorumaq üçün mütəxəssis hazırlığında yardım edəcək: “Ermənistan sərhədlərini müstəqil şəkildə qorumaq istəyir və bu çərçivədə ABŞ tərəfindən texniki yardım və təlimlər təklif olunur.
Amma bu, ABŞ-ın Ermənistana hərbi qüvvə göndərməsi demək deyil.
Tam oxu
Xəbəri oxu