Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"ABŞ Almaniyadan təlim adı ilə Ermənistana gətirdiyi zirehli və radio kəşfiyyat maşınlarını İrana qarşı istifadə edə bilər.
Xüsusilə, bu texnikalar İran sərhəddinə yaxın yerləşdirilməsi istisna deyil. D.
Tramp administrasiyasının hayata keçirdiyi siyasətdə Ermənistanla hərbi əməkdaşlıq və bu ölkəyə təhlükəsizlik dəstəyi gözlənilmir.
Ermənistana göndərilən hərbi heyət heç də hərbi tərəfdaşlıq xarakteri daşımır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Tramp Ermənistandan istifadə etmək niyyətindədir: "Ümumiyyətlə, Bayden adminstrasiyasından fərqli olaraq D.
Tramp Ermənistanla strateji tərəfdaşlığ xartiyasını ikitərəfli əməkdaşlıq müstəvidə deyil, üçüncü qüvvələrə qarşı istifadə edəcək.