Ermənistana göndərilən yanacağın növbəti partiyası Bakıdan yola düşdü

01.02.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının növbəti partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, 25 vaqona yüklənmiş ümumilikdə 1746 ton Aİ 95 markalı benzin “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yük qatarı ilə Ağstafa rayonunda yerləşən Böyük Kəsik stansiyasına çatdırılacaq. Yük daha sonra Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana göndəriləcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında imzaladığı qərarla işğal dövründən etibarən qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью