Ermənistana hər cür yardıma hazırıq Lavrov

21.05.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün hər cür yardım göstərməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı ilə geniş tərkibdə görüşündə deyib.

“Rusiya Ermənistanla müttəfiqlik münasibətlərini və iki xalq arasında dərin əlaqələri yüksək qiymətləndirir. Dövlətlər arasında münasibətlərin bütün sahələrində çoxlu zəmin yaradılıb, bundan maksimum və ağıllı şəkildə istifadə etmək lazımdır. Təhlükəsizlik sahəsini ittifaqımızın ən mühüm sahələrindən biri hesab etməyə davam edirik. Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün hər cür yardım göstərməyə hazırıq”, - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью