Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyiş Cənubi Qafqazda yeni iqtisadi münasibətlərin formalaşması üçün imkanlar yaradıb.
Həmin ilin sonlarından etibarən iki ölkə arasında ticarət əlaqələrinin qurulması bu baxımdan mühüm addım olub. İqtisadi əməkdaşlığın başlanması regionda qarşılıqlı etimadın möhkəmlənməsi və iqtisadi əlaqələrin genişlənməsi üçün yeni perspektivlər açır.
Qeyd edək ki, bu ilin yanvar–sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450 min dollar dəyərində məhsul ixrac olunub. Bu göstərici Azərbaycanın ümumi ixracının 0,1 faizini təşkil edib. Bu ilin doqquz ayında isə Azərbaycan Ermənistandan 96,5 min dollar dəyərində mal idxal edib.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında Azərbaycan Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırıb. İlk tranzit yükü Qazaxıstan taxılı olub. Həmin ilin dekabrın 18-də isə SOCAR Ermənistana 1220 ton Aİ-95 markalı benzin göndərib.
XQ