Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sülhdən danışa-danışa Ermənistan növbəti dəfə hərbi təxribata əl atır. Məqsəd sülh müqaviləsinin imzalanmasının uzadılmasıdır.
Elə bir vəziyyət yaratmaq istəyirlər ki, ya sülh müqaviləsi imzalanmasın və yaxud qeyri-müəyyən vaxta qədər təxirə düşsün.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın şərtləri var: “Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılmalıdır.
Nikol Paşinyan 2027-ci il üçün konstitusiya dəyişikliyi elan edib.
Amma 2027-ci ildə də erməni tərəfinin konstitusiya dəyişikliyi ilə bağlı referenduma hansı məsələləri çıxaracağı bəlli deyil.
Həmin vaxta qədər isə erməni cəmiyyətini hansısa məsələlərlə aldatmaq lazımdır.