Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ermənistan hakimiyyətinin Rusiyanın ünvanına səsləndirdiyi hibrid təhdidlərlə bağlı ittihamlar Moskvada təəccüb doğurub”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Nazirin sözlərinə görə, Rusiya erməni kilsəsi ətrafında baş verənlərin inkişafını narahatlıqla izləyir.
O vurğulayıb ki, son vaxtlar nə Ermənistan Baş naziri Nikol Paşinyan, nə də parlamentin spikeri Alen Simonyan Ermənistana qarşı hibrid təhdidlərin Rusiyadan gəldiyini təkzib edib.
“Bu cür bəyanatlar bizdə təəccüb doğurur. Avropa İttifaqı ilə yaxınlaşma nəticəsiz ötüşmür.
Məhz Avropa İttifaqı daim “Rusiyadan gələn hibrid təhdidlər” barədə israr edir.
Bu məqsədlə maliyyə də ayırır, bu yaxınlarda 15 milyon avro məbləğində tranş verilib.