Ermənistana xəbərdarlıq: Onların ayaqlarını qıracağıq”

05.11.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistana xəbərdarlıq edib.

"Yeni Sabah" xəbər verir ki, o, “Ettilaat” qəzetində yayımlanan “Ermənistan Baş nazirinə açıq və səmimi müraciət” başlıqlı məqaləsində “Tramp marşrutu” (TRIPP) layihəsinin təsdiqlənməsinə münasibət bildirib.

Vilayəti Baş nazir Nikol Paşinyanın siyasətini tənqid edərək, layihənin təsdiqlənməsini nəticəsiz və Ermənistan xalqının maraqlarına zidd addım adlandırıb. pizza sifarişi

O, İranın Rusiyanın iştirakı ilə və ya iştirakı olmadan Cənubi Qafqazın təhlükəsizliyinin qorunmasını öz məsuliyyəti hesab etdiyini vurğulayıb.

Vilayəti qeyd edib ki, Nikol Paşinyanın rəhbərlik etdiyi yeni hökumətin zərərli addımlarından biri Ermənistanla Azərbaycan arasında düşmənçiliyin daha da dərinləşdirilməsi olub.

“Son sözümü Ermənistanın səfirinə də dedim: Tramp və müttəfiqləri İranın bu “qırmızı xətti”ni keçmək istəsələr, onların ayaqlarını qıracağıq”, - İranın Ali Rəhbərinin müşaviri Ermənistanın Tehrandakı səfirinə dediyi sözləri məqaləsində bölüşüb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью