Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sahib Şükürov, YAP Göyçay rayon təşkilatının sədri 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı.
Cəmi 44 gün davam edən Vətən müharibəsi düşmənin otuzillik işğalına son qoydu və ölkəmizin şanlı Qələbəsi ilə nəticələndi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Ermənistan ordusu noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə diz çökdü, məğlub olduğunu qəbul etdi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında, hər gün yeni-yeni kənd və şəhərləri işğaldan azad edən Rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyən Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmalı oldu.
Dövlətimizin başçısı noyabrın 10-da gecə saatlarında xalqa müraciət edərək, müjdəli Zəfər xəbərini xalqa çatdırdı.
Bu günün ölkəmiz üçün tarixi bir gün olduğunu vurğulayan ölkə başçısı imzalanan Bəyanatın müddəlarını bir - bir xalqa izzah edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu bildirib.