Icma.az, Apa.az portalına istinadən məlumat verir.
İrəvan-Gümrü yolunda 15 nəqliyyat vasitəsi toqquşub.
APA “Armenpress”ə istinadən xəbər verir ki, hadisə İrəvan-Gümrü avtomobil yolunun 51-55-ci kilometrlik hissəsində baş verib.
Xilasedicilər hadisə yerinə çatana qədər iki nəfər xəstəxanaya aparılıb, onların sağlamlıq vəziyyəti qənaətbəxş qiymətləndirilib.
Eyni zamanda, xilasedicilər xüsusi avadanlıqlardan istifadə edərək iki nəfəri "Ford" avtomobilindən çıxararaq təcili tibbi yardım briqadasına təhvil verib.