Ermənistanda 200 dən çox hərbçi siyasi baxışlarına görə işdən çıxarılıb

02.06.2026

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Onlara əlavə xidmətin məsləhət görülmədiyi bildirilib

Son aylarda siyasi baxışlarına görə 200-dən çox hərbçi Ermənistan ordusundan tərxis edilib. AYNA.AZ xəbər verir ki, bu barədə erməni "Hraparak" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.  

Nəşrin məlumatına görə, onlara əlavə xidmətin məsləhət görülmədiyi bildirilib.

Qəzet həmçinin yazıb ki, ordu daxilində mövcud hökuməti dəstəkləyən kampaniya aparılır. Bu, bölmə komandirləri və ya müvafiq vəzifələri yerinə yetirən digər hərbçilər tərəfindən həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью