Ermənistanda 27 sentyabr skandalı: üzr istədilər

28.09.2026

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


44 günlük müharibənin başlamasının altıncı ildönümündə Ermənistan İctimai Televiziyasında müğənni Tata Simonyanın əyləncə konsertinin kadrları yayımlanıb.

"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, məhz müharibənin ildönümündə insanların əyləndiyi kadrların ölkənin İctimai TV-də yayımlanması ciddi rezonans doğurub.

Ermənilər televiziyaya etiraz bildiriblər. Nəticədə İctimai TV xalqdan üzr istəyib. Kanal bunun məsuliyyətsizlikdən qaynaqlandığını, heç bir səbəblə əsaslandırılmasının doğru olmadığını bildirib və eyni halın təkrarlanmayacağına zəmanət verib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью