Ermənistanda aclıq başlaya bilər

09.01.2025

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxarsa, ölkədə ərzaq və enerji məhsullarının qiyməti qalxacaq, ixrac azalacaq.
Reyting.az
TASS-a istinadla xəbər verir ki, belə bir xəbərdarlığı Rusiya baş nazirinin müavini Aleksey Overçuk edib.
Onun fikrincə, Aİİ ilə münasibətlər pozularsa, Ermənistan ixracının 70-80 faizini itirəcək, ölkədə ərzaq və enerjinin qiymətləri artacaq, ölkə sakinləri gəlirlərini və iş yerlərini itirəcəklər.
Qeyd edək ki, bundan əvvəl Ermənistan hökuməti respublikanın Avropa İttifaqına üzvlüyünün başlanması ilə bağlı qanun layihəsini dəstəkləyib. Baş nazir Nikol Paşinyan isə bəyan edib ki, ölkənin Aİ-yə daxil olması ilə bağlı qərar yalnız ümumxalq səsverməsi yolu ilə qəbul edilə bilər.

E. KAMAL

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью