Ermənistanda ağır qəza: 15 avtomobil toqquşdu

20.11.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Vanadzor şəhərində yük maşınının iştirakı ilə baş verən zəncirvari qəzada beş nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə “Şamşyan.com” saytı məlumat yayıb.

Bildirilib ki, yük maşını əvvəlcə park edilmiş və hərəkətdə olan 15 avtomobilə, daha sonra ticarət köşkləri və ağaclara çırpılıb.

Nəşrin məlumatına görə, beş nəfər xəsarət alıb, onlardan ikisi azyaşlıdır.

Qəza ilə bağlı cinayət işi açılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью