Ermənistanda ağır qəza: bir əsgər öldü, altısı yaralandı

20.08.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanda Çəmbərək şəhərinə gedən yolda yük maşınının hərbçiləri vurması nəticəsində bir əsgər ölüb, altı hərbçi yaralanıb.

Modern.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə avqustun 19-da saat 21:00 radələrində baş verib.

Hələlik müəyyən edilməmiş şəraitdə “QAZ-53” markalı yük maşınının sürücüsü bir qrup hərbçini vurub. Qəza nəticəsində hərbçi Suren Vardanyan həyatını itirib.

Yaralanan altı hərbçi hərbi hospitala yerləşdirilib. Müdafiə Nazirliyi onların həyatına təhlükə olmadığını və həkim nəzarətində olduqlarını bildirib.

Ermənistan mediasının yaydığı məlumata görə, hadisə zamanı yaralanan hərbçilər Çəmbərəkdə yerləşən hərbi hissələrdən birində xidmət edirlər. Bildirilir ki, əsgərlərdən biri hadisə yerində ölüb.

Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağır, dördünün vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Onların hamısında sınıqların olduğu bildirilir.

Hadisənin səbəbləri və digər təfərrüatları araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью