Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın Gürcüstan ilə sərhədindəki Baqrataşen keçid məntəqəsinin ərazisində pirotexniki məmulatlar anbarında güclü yanğın baş verib.
Publika.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, yanğın nəticəsində 3 nəfər xəsarət alıb.
İlkin məlumatlara görə, yanğın pirotexniki vasitələr bölməsindən başlayıb.
Hazırda yanğının lokallaşdırılması istiqamətində işlər davam etdirilir.