Ermənistanda anbarda yanğın Yaralananlar var

03.01.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Ermənistanın Gürcüstan ilə sərhədindəki Baqrataşen keçid məntəqəsinin ərazisində anbarda güclü yanğın baş verib.

"Unikal" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, yanğın nəticəsində 3 nəfər xəsarət alıb.

İlkin məlumatlara görə, yanğın pirotexniki vasitələr bölməsindən başlayıb.

Hadisə yerinə 5 yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülüb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью