GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
İrəvanda məhkəmə Eçmiədzin Ana Taxtı dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryanın həbs müddətini 2 ay uzadıb.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, qərar barədə arxiyepiskopun vəkili Arsen Babayan məlumat verib.
Vəkilin sözlərinə görə, həmçinin arxiyepiskopla görüşlər də məhdudlaşdırılıb. Babayan əlavə edib ki, hələlik məhkəmənin qərarını almayıb.
Müdafiə tərəfi qərardan apelyasiya şikayəti verməyi planlaşdırır.
Qeyd edək ki, İrəvan məhkəməsi arxiyepiskopu 5 dekabr 2025-ci ildə 2 ay müddətinə həbs edib. Xaçatryan Ermənistan Apostol Kilsəsinin nəzarətə götürülən dördüncü baş iyerarxı olub. İstintaq Komitəsi daha əvvəl bildirib ki, ittihamlar üzrə “Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qanunsuz satışı” maddəsi ilə cinayət işi başlanıb. Arxiyepiskop 2018-ci ildə Bütün Ermənilərin Katolikosu II Qareginə qarşı keçirilən etiraz aksiyasında iştirak edən fəalın çantasına narkotik maddənin qoyulmasını əmr etməkdə və onu nüfuzdan salmaq cəhdində ittiham olunur. Xaçatryan ittihamları gülünc adlandırıb.