Ermənistanda atışma ölənlər var | Icma.az
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Noyabrın 8-də Ermənistanın Ararat rayonunda atışma nəticəsində qətl hadisəsi baş verib.
Ölkə.Az erməni mediasına istinadən xəbər verir ki, güllə yarası almış iki vətəndaşın meyiti Artaşat Tibb Mərkəzinə aparılıb.
Faktla bağlı cinayət işi başlanıb, hadisənin baş vermə şəraiti və zərərçəkənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Artaşatdakı evlərdən birinin həyətindən qabaq şüşəsi sınıq və qan izləri olan “VAZ 2106” markalı avtomobil aşkarlanıb.
Verilən xəbərə görə, ölənlər qohumlardır. Hadisənin hansı zəmində və şəraitdə baş verməsi bəlli deyil.
Mürtəza Ölkə.Az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu