Ermənistanda Avropaya inteqrasiya ilə bağlı qanun layihəsi nəzərdən keçiriləcək

22.01.2025

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə komissiyası yanvarın 24-də qərbyönmülü qüvvələrin təklif etdiyi "Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında" qanun layihəsini nəzərdən keçirəcək.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə parlamentindən bildirilib.

Layihə müvafiq komissiya tərəfindən təsdiqlənəcəyi halda qanunverici orqanın plenar iclasında müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, qanun layihəsi yanvarın 9-da hökumətin iclasında təsdiqlənib və parlamentə göndərilib. Bundan əvvəl bir sıra qeyri-parlament partiyaları prosesin başlanması üçün imza toplayıb. Təşəbbüskarlar 60 min imza toplamağa nail olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью