Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu

13.11.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın paytaxtı İrəvanda avtobus sürücüsü sükan arxasında həyatını itirib. Hadisə nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, “Sputnik Ermənistan” bu barədə məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün səhər saat 06:30-da 22 nömrəli marşrut avtobusunda qeydə alınıb.
Sürücü avtobusu dispetçer məntəqəsindən marşrutun başlanğıc dayanacağına apararkən sükan arxasında həyatını itirib. Nəticədə nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası sürücünün öldüyünü təsdiqləyib.
Qeyd olunub ki, qəza zamanı avtobusun salonunda sərnişin olmayıb./crossmedia

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью