Ermənistanda avtomobillə səyahət edən rusiyalı cütlük qətlə yetirilib

16.10.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ermənistanda avtomobillə səyahət edən rusiyalı cütlük qətlə yetirilib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı NTV-nin "Telegram" kanalı yayıb.

Məlumata görə, Rostov şəhərindən olan 44 yaşlı endokrinoloq Marina Ayrapetyan əri ilə birlikdə avtomobillə hərəkət edərkən dincəlmək üçün yolun kənarında dayanıb. Bu zaman bir nəfər qaçaraq onların yanına gəlib və avtomobillərinin açarlarını tələb edib. Cütlük açarları verməkdən imtina etdikdə, naməlum şəxs tüfənglə onları vurub. O, cəsədləri yolun kənarında gizlədib və qurbanların avtomobilinə minərək ərazidən uzaqlaşıb.

Aparılan axtarışlar nəticəsində cinayəti törədən şəxs tapılıb və dindirmə zamanı cinayəti etiraf edib. Ona ömürlük həbs cəzası verilməsi gözlənilir.

Polis bildirir ki, 61 yaşlı cinayətkar bundan əvvəl qonşusu olan ər-arvadı tarlada öldürüb. Turistlərin avtomobili ona qaçmaq üçün lazım olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью