Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kağız üzərində Ermənistanda insan hüquqları qanunlarla qorunur. Lakin reallıq tam fərqlidir.
Bakıvaxtı.az "News.am"a istinadən xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri, müxalif “Ermənistan” fraksiyasının deputatı Lilit Qalstyan deyib.
O bildirib ki, ölkədə faktiki olaraq avtoritar rejim qurulub.
“Biz hakimiyyətin bir şəxsin və bir siyasi qüvvənin əlində cəmləşdiyi avtoritar rejimlə qarşılaşmışıq. Hakimiyyət qolları arasında nəzarət və tarazlıq tamamilə pozulub, bütün qırmızı xətlər silinib. Parlament kürsüsündən müxalifətə qarşı təhdidlər səsləndirilir”, - deyə Qalstyan qeyd edib.
Deputat vurğulayıb ki, Ermənistanda demokratiyanın geriləməsi beynəlxalq təşkilatlar tərəfindən də qeydə alınıb. Jurnalistlərin və müxalifət nümayəndələrinin hüquqlarının pozulmasının arxasında əsasən hökumət dayanır.
Gülşən Şərif