Ermənistanda baş nazir 1 dram maaş alacaq: Yəni 1 qəpikdən də az…

15.01.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Əgər qalib gəlsək, ölkənin yeni baş naziri nəinki bonus almayacaq, həm də maaşı cəmi bir dram (0,0045 Azerbaycan manatı –red.) olacaq”. 

“Cebheinfo.az” xəbər verir ki, "Bizim Yolumuz" hərəkatının koordinatoru Narek Karapetyan bunu “Facebook” səhifəsindəki videoda açıqlayıb.

"Bu gün ölkəmizin Baş nazirinin niyə gizlicə özünə, nazirlərinə və parlament üzvlərinə milyardlarla bonus ödədiyini öyrəndik. Çünki onun sözlərinə görə, əgər bu bonuslar ödənilməsə, gələcəkdə, ölkəmizə investisiya axını zamanı (indi yox, sonra) bu insanlar korrupsiya ilə məşğul olacaqlar. Buna görə də bonuslar paylayır. Bu arada, Ermənistanda elə bölgələr var ki, orada demək olar ki, hər ikinci nəfər ayda 50.000-60.000 dramla yoxsulluq həddində yaşayır və hər dördüncü Ermənistan vətəndaşı geyim çatışmazlığı ilə üzləşir. Təvazökar yaşamağı vəd edən rəhbərliyimiz milyardlarla dram dəyərində bonuslar alır. Bu, inşaatçının deyil, istehlakçının yanaşmasıdır", - deyə Karapetyan bildirib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью