Ermənistanda bir kişi özünü yandırdı

24.10.2026

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ararat bölgəsinin sakini xəstəxanada beş gün keçirib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, özünü yandıraraq intihar edən Ararat bölgəsinin 40 yaşlı sakini Mher G. Yerevandakı Milli Yanıq Mərkəzində ölüb.

O, oktyabrın 17-də özünü yandırdığı Ararat bölgəsindəki qızıl mədən zavodunun yaxınlığındakı Banavan fəhlə qəsəbəsindən tibb mərkəzinə aparılıb. Ona bədən səthinin 90%-ni əhatə edən birinci, ikinci, üçüncü və dördüncü dərəcəli termik yanıqlar, inhalyasiya travması və yanıq şoku diaqnozu qoyulub. Ararat bölgəsinin

55 yaşlı sakini Lusine T. polisə bildirib ki, 17 oktyabr hadisəsindən əvvəl kişi keçmiş həyat yoldaşı və uşağı ilə görüşüb. O, uşağı qucaqlamaq istəyib, lakin uşaq imtina edib. Daha sonra uşağı zorla götürməyə çalışıb, lakin keçmiş həyat yoldaşı ona mane olub. Kişi qəzəblənib və bir müddət sonra özünü yandırmaqla hədələyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью