Ermənistanda bu qadınlar hərbi xidmətə çağırılırlar

20.11.2025

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

24 noyabr 2025-ci il tarixindən 31 yanvar 2026-cı il tarixinə qədər Ermənistanda qış çağırışı və tərxis dövrü elan ediləcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, məcburi hərbi xidmət və alternativ xidmət üçün qış çağırışı 2025-ci il dekabrın 31-də və ya daha əvvəl 18 yaşı tamam olan kişi vətəndaşlar, eləcə də əvvəllər verilmiş məcburi hərbi xidmətdən möhlət müddəti bitənlər üçün elan ediləcək.

2025-ci il qış çağırışının bir hissəsi olaraq, 1 oktyabr 2025-ci il tarixinə qədər könüllü məcburi hərbi xidmət üçün ərizə təqdim edən qadınlar da hərbi xidmətə çağırılacaqlar.

2025-ci ilin qış çağırışının bir hissəsi olaraq, qanunla müəyyən edilmiş müddətlərdə məcburi hərbi xidməti və ya alternativ hərbi xidməti başa vuran hərbi qulluqçular 31 yanvar 2026-cı il tarixinədək ordudan tərxis olunacaqlar.

Müəyyən edilmiş müddətdə alternativ əmək xidmətini başa vuran şəxsi heyət alternativ əmək xidmətindən azad ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью