Ermənistanda bu vəzifə ləğv olunur Simonyanın postu təhlükədə

14.11.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın yeni Konstitusiya layihəsində Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb. Ermənistanın ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan nəşrin sorğusuna cavabında bu məlumatı təsdiqləyib. Bir sıra digər mənbələr də məsələni təsdiqləyib.

Beləliklə, yeni Konstitusiya qəbul ediləcəyi təqdirdə, hazırda Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Alen Simonyan postunu itirə bilər.

Qeyd edək ki, Alen Simonyan bundan əvvəl Ermənistan parlamentinin sədri olub, daha sonra Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.

“Joğovurd” qəzetinin iddiasına görə, Simonyan şəxsi söhbətlərində 2028-ci ildə keçiriləcək seçkilərdə İrəvan meri postuna namizədliyini irəli sürmək niyyətində olduğunu da bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью