Ermənistanda daha bir İSTEFA

18.11.2024

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Ermənistanın Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, Andreasyan bu barədə özünün Facebook səhifəsində paylaşım edib.

Karen Andreasyan istefasının səbəblərini demək istəməyib.

"Mən Ali Məhkəmənin üzvü olmaqdan imtina edirəm. Görünür, hər şey aydındır, amma heç nə demək istəmirəm”.

Karen Andreasyan deyib ki, o, məhkəmə sistemini biabırçı böhrandan çıxarıb:

“İçəridəkilər bunu dəqiq bilirlər və yəqin ki, etiraf edəcəklər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью