Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın Ali Ruhani Şurasının qərarı ilə yepiskop Gevorq Saroyan vəzifəsindən kənarlaşdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Yepiskopun işdən çıxarılmasına əsas kimi, onun Masyatsotn yeparxiyasının primatı vəzifəsindən azad edilməsi və monastıra qayıtması ilə bağlı Patriarxal göstərişə etiraz etməsi, Masyatsotn yeparxiyasının normal fəaliyyətinə mane olması və məhkəmə iddiası qaldırması olub.
Bəyanatda deyilir: "Yepiskop Gevorq Saroyan qeyri-qanuni hərəkətləri ilə itaət andını pozub. Ruhani vəzifəsindən azad edilən Saroyan bundan sonra adi dindarlar arasında yer alacaq".