Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Ermənistan artıq parlament seçkilərini elan edib və təxminən 7-8 ay sonra seçkilər keçiriləcək. Siyasi qüvvələr artıq yarışa qoşulub, rəqabət isə getdikcə qızışır. Ermənistanın daxili siyasi vəziyyətinin gərgin olduğunu nəzərə alsaq, tərəflər bir-birini sərt şəkildə ittiham edirlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, revanşist qüvvələr və Paşinyan əleyhdarları hazırda onu demokratiya proseslərini pozmaqda ittiham edirlər:
"Xüsusilə də Kəlbəcər və ətraf ərazilərlə bağlı erməni siyasətçiləri Paşinyanı bu torpaqları guya Azərbaycana güzəştə getməkdə günahlandırırlar. Halbuki bu məsələnin həlli sərhədlərin demarkasiya və delimitasiya prosesi çərçivəsində aparılır və tərəflər razılıq əsasında qərar verməlidirlər.
Bu səbəbdən Paşinyana qarşı səslənən fikirlər əsasən seçki təbliğatının bir hissəsi və hakimiyyətə təzyiq vasitəsidir. Bunun real əsası yoxdur, sadəcə olaraq rəqiblər ən sərt metodlardan belə çəkinmirlər".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.